Azad Qaradərəli - Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri (romandan parça)
Mən bir kənd müəllimi idim. Hərdən hekayələr və məqalələr yazardım. Sonra məktəb direktoru oldum. Kəndimizdə ibtidai məktəb orta məktəbə çevriləndə, yeni məktəb binası tikiləndə, o məktəbdəki uşaqlar səs-səsə verib oxuyanda özümü dünyanın ən xoşbəxti sanırdım.
Sonra ilk kitabım çıxdı. Sonra rayon qəzetində çalışdım. Sonra raykomda işlədim. Sonra 20 Yanvar faciəsi baş verdi və mən etiraz əlaməti olaraq Sov.İKP sıralarından çıxdım… Sonra… bu sonuncu “sonra” kimi ağır şey olmayıb həyatımda – onda mənim kəndim, rayonum, Qarabağım erməni və rus birləşmələri tərəfindən işğal olundu. Evim, şəxsi kitabxanam, məktəbim, ata yurdum, yaşı bilnməyən qəbiristanım dağıdıldı… Əlyazmalarım yandı...
Davamı →